12 İyul 2017 11:52
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcəkdə makroiqtisadi göstəricilər, güclü iş yeri bazarı və nəzərdə tutulan iqtisadi fəaliyyət dəstəklənsə, balansı pilləli şəkildə kiçiltməyin uyğun olacağını düşünürəm.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, bu fikirləri Amerika Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Lael Brainard Kolumbiya Universitetinin təşkil etdiyi tədbirdə “FED-in balans və faiz siyasəti” haqqında danışarkən deyib.

FED-in təxminən 4,5 trilyon dollarlıq balans siyasətini yaxın zamanlarda kiçiltməyə başlamasını uyğun sayan mütəxəssis gələcəkdə makroiqtisadi göstəricilər, aktiv iş bazarı və güclənən iqtisadi fəaliyyət dəstəklənərsə, balansın mərhələ-mərhələ kiçildilməsinin mümkün olacağını düşünür.

Lael Brainard həmçinin xəbərdarlıq edib ki, balansın kiçildilməsi ilə faiz artımları balansının bərabər olmayacağı durumunda, bu, valyuta üzərində əməliyyatlara ciddi təsir göstərəcək.

İnflyasiya ilə bağlı tendensiyanın diqqətlə araşdırılmasını vacib sayan FED İdarə Heyətinin üzvü hesab edir ki, təmsil etdiyi qurum gələcəkdə faiz artımı qərarlarında ehtiyatlı davranmalıdır.

Məlumat üçün xatırladaq ki, FED sonuncu dəfə iyunun 14-də dollar siyasətində faizi 25 bal artıraraq yüzdə 0,79-1,0 civarından 1,0-1,25 faizə qaldırıb.

Bankın bu istiqamətdə növbəti toplantısı 25-26 iyulda Vaşinqtonda keçiriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər