ABŞ Mərkəzi Bankı olan FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul ayında keçirdiyi toplantısının stenoqramları dərc olunub.
Teleqraf.com "Marja"ya istinadla xəbər verir ki, FOMC-ın 25-26 iyul toplantısının protokollarına görə, FED rəsmiləri gələcəkdə faizlərin nə vaxt artırılacağı barədə ortaq fikirə gələ bilməyiblər.
Fikir ayrılığının başlıca səbəbi infilyasiyanın aşağı həddi olub.
İclasda bəzi rəsmilər inflyasiyanın aşağı həddindən narahatlıqlarını qeyd ediblər. Onlar hesab edirlər ki, bu şəraitdə faizlərin artırılması təxirə salınmalıdır.
FED-in növbəti iclası 19-20 sentyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, FOMC FED-in pul siyasətini müəyyən edir.
FED-in protokollarındakı inflyasiya ilə bağlı xəbər dolların mühüm valyutalar qarşısında ucuzlaşmasına səbəb olub.Treyderlər bu il FED-in faiz dərəcələrini artmayacağı ehtimalını irəli sürürlər.