Dünya birjalarında neftin qiymətində kəskin artım olub.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,17 dollar və ya 2,55% artaraq 47,13 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,34 dollar və ya 2,63% artaraq 52,20 dollar olub.
Neftin qiymətinin artmasına səbəb kimi, ABŞ-ın neftlə zəngin ştatlarında müşahidə olunan "Harvi" qasırğası olub.