10 Dekabr 2017 22:17
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Texty.org.ua" Təhlil Mərkəzi Avropa ölkələrində işləyən insanlara nə gədər maaş qaldığını (vergilər xaric olmaqla - red) tədqiq edib.

Teleqraf.com xəbər verir ki, Ermənistanda bu göstərici 251 avroya bərabərdir.

Bu göstəriciyə görə, Ermənistan Avropada ən aşağı məvacib verilən ölkələr arasında 4-cü yeri tutur. Qeyd edək ki, Ukraynada bu göstərici 190 avroya, Moldovada isə 216 avroya bərabərdir.

Avropada ən yüksək məvacib verilən ölkə isə İsveçrədir (4421 avro). İkinci yerdə İslandiya (3440 avro), üçüncü yerdə isə 3405 avro ilə Norveç qərarlaşıb.

Rusiya (474 avro) bu göstəriciyə görə 10 Avropa ölkəsini qabaqlayıb. Bunlar arasında Ukrayna, Moldova, Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Albaniya, Makedoniya və Serbiya kimi ölkələr var.
\Report\


Müəllif:

Oxşar xəbərlər