Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat daxil olub.
Gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 326 mln. 739,7 min manat və ya 15,89% artıb.
Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 mln. 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 64 mln. 339,54 min manat, aksizlər üzrə 78 mln. 248,7 min manat, yol vergisi üzrə isə 31 mln. 842,63 manat təşkil edib./APA/