“SOCAR Yay Məktəbi-2014” layihəsi davam edir. Layihənin rəsmi açılış mərasimindən sonra ilk təqdimatlar dinlənilib.
“Enerji sektoruna giriş”' adlanan gün çərçivəsində Dövlət Neft Şirkətinin (ARDNŞ) müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları müxtəlif mövzularda təqdimatla çıxış ediblər.
Təqdimatçılar “Yay Məktəbi” iştirakçılarını maraqlandıran sualları cavablandırıb, iştirakçılar üçün təşkil olunan komanda yarışlarında iştirak ediblər.
“Yay Məktəbi”nin iştirakçıların Səngəçal terminalına ekskursiyası edib, terminaldakı Xəzər Enerji Mərkəzində onlara ARDNŞ və xarici tərəfdaşlar tərəfindən regionda həyata keçirilən nəhəng enerji layihələri, Səngəçal terminalı barədə ətraflı məlumatlar verilib. ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini Bəhram Hüseynov iştirakçılara son dövrlərdə kəşf olunan “Ümid”, “Abşeron” yataqları, eləcə də TAP və TANAP layihələrindən söz açıb.
Layihə hələ davam edir.