11 Oktyabr 2018 12:58
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 12-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 18-23, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 12-dən 13-ü səhərədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

Oktyabrın 12-si səhər şimal rayonlarından başlayaraq 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.


Müəllif: Teleqraf.com