24 Yanvar 2019 14:02
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə “Zərərli risk analizi“nin aparılması istiqamətində məlumat daxil olub.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib.

Risk təhlilindən sonra uyğun şərtlər daxilində Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib.

Ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayət olunmamalıdır.

Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbləri nəzərə alsınlar.

İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


Müəllif: Aytən