31 Yanvar 2019 13:01
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul- dekabr ərzində Qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri zamanı 148 plandankənar yoxlama aparılıb, 98 inzibati xəta haqqında iş araşdırılıb və 117 inzibati xəta haqqında protokol tətbiq olunub.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Agentliyin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, 58 məhdudlaşdırıcı tədbir və ümumtəhsil müəssisələrinin bufetlərində 50 monitorinq keçirilib.

Qida zəhərlənmələri ilə bağlı 168 müraciət daxil olub, bunlardan 77 fakt təsdiq edilib, 187 zəhərlənmə məruz qalmış şəxsin 14-də botulizm zəhərlənmə halı qeydə alınıb və 1 nəfər vəfat edib".


Müəllif: Aytən