8 Sentyabr 2014 10:51
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TASİM layihəsinin gələcəkdə ölkənin regional əməkdaşlıqda rolunun artırılmasına səbəb olacağını hesab edir.

Teleqraf.com Rabitə və yüksək texnologiyalar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenkonun “verdiyi məlumata əsasən, hazırda bu layihənin icrası ilə bağlı bir neçə variant Dünya Bankı ilə Azərbaycan hökuməti arasında müzakirə mövzusudur.

“Biz bu layihənin gələcək effektivliyi ilə bağlı proqnozlar verməyə hazır deyilik. Lakin birmənalı olaraq deyə bilərəm ki, TASİM-in reallaşdırılması gələcəkdə Azərbaycanın regional əməkdaşlıqda rolunu artıracaq, ölkəni beynəlxalq rabitə və məlumat ötürmə bazarında qlobal səviyyəyə çıxardacaq.

Azərbaycan “İpək yolu”nun bir hissəsinə çevriləcək. Artıq “İpək yolu” informasiya axını yoluna çevriləcək. Azərbaycanın bu layihənin reallaşdırılmasında aktiv mövqe tutması çox təqdirəlayiqdir”,- deyə o bildirib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər