18 Sentyabr 2014 15:06
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev 19, məhəllə 520, mərtəbə 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Ceyhun Tahir oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.

İSN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, satışda olan bütün mallara 70 faizə qədər endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirimin tətbiq edilmədiyi aşkar olunub.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Bununla əlaqədar, dövlət xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş fiziki şəxs Ceyhun Ağayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Naibə


Müəllif: