5 Yanvar 2020 12:00
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS"a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov məlumat verib.

"Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Bu aviareyslərin bu il açılması planlaşdırılır", - deyə Arsen Pirməhəmmədov qeyd edib.

Onun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər