“Həştərxanda keçirilməsi planlaşdırılan IV Xəzər sammitində Xəzərin satutusu müəyyənləşməyəcək”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyinin sədri, politoloq Rüstəm Məmmədov deyib.
Onun sözlərinə görə, bu sammitdə Xəzərin bioresurslarının qorunması ilə bağlı konvensiya imzalanacaq: “Ola bilsin ki, sammit çərçivəsində ikitərəfli və ya üçtərəfli memorandumlar imzalansın. Başqa bir şey olası deyil”.
R.Məmmədov statusla bağlı Türkmənistan və İran tərəfinin razılığa gələ bilməməsinə toxunaraq deyib ki, sammit çərçivəsində Rusiya-İran-Azərbaycan arasında üçtərəfli danışıqlar olacaq:
“Bu danışıqlar zamanı hansısa inkişaf ola bilər”.
BƏXTİYAR