4 İyun 2020 10:15
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstər sərt, istərsə də yumşaq karantin dövrü yoxulmadan mübarizə üsullarında bəzi korrektələrə ehtiyac yaratdı”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun fikricə, seçim sərt və ya yumşaq karantin arasında yox, yumşaq karantinin metodları arasında olmalıdır:

“Hələ aprel ayında karantinin yumşaldılmasının tərəfdarı olmaqla yanaşı davranış qaydalarının (sosial məsafə, maska istifadəsi və s.) sərtləşdirilməsinin lazım olduğunu bildirmişdim. Əlbəttə, sərtləşmə maska istifadə edilməməsinə böyük məbləğdə cərimənin tətbiqi deyil, ondan istifadənin məcburiliyi ilə bağlı olmalıdır. Ancaq havaların istiləşməsi maskadan istifadənin reallıqda çətinliyini üzə çıxardı. Deməli, nəzəri biliklərlə praktiki təcrübəni tutuşdurub yeni yanaşmaların tətbiqi barədə düşünməliyik. Hesab edirəm ki, həftəsonu sərt karantin tətbiqi qısamüddətli effekt verəcək”.

Samir Əliyev hesab edir ki, karantin tədbirləri sərt yox, ünvanlı olmalıdır:

“Fikrimcə, karantin tədbirlərini yumşaq şəkildə saxlamaqla aşağıdakı sahələrin fəaliyyətini dayandırmaq olar:

1. Parklardakı uşaq əyləncə yerləri (karusellər, uşaqların toplaşdığı yellənçəklər və s.)
2. Əhalinin, xüsusən də uşaqların kompakt şəkildə olduğu fastfood (MCDonalds, KFC) restoran şəbəkələri və s.
3. Metro nəqliyyatı
4. Avtobus sərnişindaşıması (şənbə-bazar günləri)

Bununla yanaşı, əhaliyə ictimai xidmətlər göstərilən obyektlərdə (məsələn, ASAN), supermarketlərdə, banklarda, poçt idarələrində sosial məsafənin qorunmasının təmin edilməsi vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər