8 Oktyabr 2014 20:16
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerli müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur, beynəlxalq sərgilərdə nümayiş etdirilir.

Belə sərgilərdən biri də oktyabrın 8-də Moskvada fəaliyyətə başlayan “Qızıl payız – 2014” adlı 16-cı Rusiya aqrosənaye sərgisidir. Sərgidə kənd təsərrüfatı məhsulları nümayiş etdirilir, eləcə də bu məhsulların satışı təşkil edilir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 8-11 oktyabr tarixlərində fəaliyyət göstərən “Qızıl payız – 2014” sərgisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti iştirak edir. Bu şirkətlər meyvə-tərəvəz məhsulları ilə yanaşı, müxtəlif növ meyvə şirələri, cemlər, mürəbbələr, tomat pastası və s. kimi emal məhsullarını nümayiş etdirir və satışını həyata keçirirlər.

Sərgi Azərbaycan şirkətləri üçün istehsal etdikləri məhsulların tanıdılması, ixracının daha da artırılması, həmçinin yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli sayılır. “Qızıl payız – 2014” adlı 16-cı Rusiya aqrosənaye sərgisində Azərbaycan şirkətlərinin təqdim etdiyi məhsulların çoxçeşidliliyi, yüksək keyfiyyəti, qablaşdırma səviyyəsi rusiyalı istehlakçılar tərəfindən böyük maraqla qarşılanır.

Naibə


Müəllif:

Oxşar xəbərlər