14 İyul 2020 15:20
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızıl qiymətləri ABŞ-Çin gərginliyi və virus narahatlığı ilə 1800 dollar ətrafında üfüqi bir tendensiyanı izləyib.

Teleqraf.com xəbər verir ki, London saatı ilə 07:28-də qızılın sabit qiyməti bir unsiya üçün 1 802.21 dollar səviyyəsində qalıb.

Qızılın maksimal qiyməti 2011-ci ilin sentyabrında (1.921.17 ABŞ dolları) qeydə alınıb. Keçən həftə qızılın bir unsiyası 1 818.02 dollar səviyyəsinə çatmışdı.

Digər qiymətli metallardan olan gümüş bazar günü 1.9 faiz dəyər qazansa da, hazırda 0,1 faiz geriləyib. Platin 0,5 faiz dəyər qazanıb, palladium 0,3 faiz geriləyib.

“Capital Economics Ltd.”nin açıqlamasında bildirilir ki, qızıl bir müddət daha aşağı fazalardan dəstək almağa davam edə bilər. Ancaq ilin sonlarına yaxın güvənli liman tələbi və inflyasiya gözləntilərinin zəifləməsi ilə qiymətlərin azalacağı düşünülür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər