İlin ilk beş ayında koronavirus böhranı turizm sektoruna 320 milyard dollar ziyan vurub.
Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) açıqlayıb.
2020-ci ilin yanvar-may ayına qədər turizm sahəsindəki gəlir itkisinin 2009-cu il dünya maliyyə böhranı zamanı yaranan itkidən üç qat artıq olduğu bildirilir.
Hesabata görə, səyahət məhdudiyyətləri səbəbindən xarici turistlərin sayı dünya üzrə 300 milyon, yəni 56 faizə qədər azalıb.
UNWTO-nun baş katibi Zurab Pololikaşvili bildirib ki, son məlumatlar turizm sektoruna yenidən başlamağın vacibliyini ortaya qoyur: “Bəzi bölgələrdə turizmin tədricən bərpa edilib. Lakin epidemiyanın tempi yeni səyahət məhdudiyyətlərinə səbəb ola bilər ki, bu da sektorun ciddi şəkildə aşağıya doğru risklərlə üzləşməsi ilə nəticələnər”.
Dünya Turizm Təşkilatı may ayında bütün dünyadan gələn xarici turistlərin sayının 2020-ci ildə 60-80 faiz azalacağını proqnozlaşdırmışdı.