12 Avqust 2020 15:27
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin velosiped və elektrikli velosiped ixracatı cari ilin yanvar-iyul aylarında 21 faiz artım göstərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, velosiped istehsalçıları 7 ay ərzində Almaniya, Hollandiya, Fransa, İspaniya və İtaliyaya 33 milyon 318 min avro qarşılığında 218 min 298 ədədə velosiped və elektrikli velosiped ixrac edib.

Qeyd olunub ki, 2019-cu ilin analoji dövründə 204 min 694 velosiped və elektrikli velosiped xaricdəki istifadəçilərə təqdim edilib. Satışdan 27 milyon 496 min avro gəlir əldə edilib. Ötən illə müqayisədə Türkiyənin velosiped sənayesi ixracatını 6.6 faizdən 21 faizə qədər artırıb.


Müəllif: Yeganə Oqtayqızı