20 Sentyabr 2020 08:50
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 2124,2 milyon manat olmaqla, әvvәlki ilin yanvar-avqust ayları ilә müqayisәdә 2,2 faiz artıb.

Teleqraf.com xəbər verir ki, neft mәhsullarından neft bitumunun istehsalı 2,3 dәfә, sürtkü yağlarının istehsalı 36,1 faiz, dizel yanacağının istehsalı 3,0 faiz, avtomobil benzininin istehsalı 0,8 faiz artıb.

Neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı 13,8 faiz, ağ neftin istehsalı 16,9 faiz, yanacaq mazutunun istehsalı 45,1 faiz azalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər