27 Oktyabr 2020 17:24
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan milli valyutası dramın devalvasiyası qaçılmazdır”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, bir ölkənin tədiyyə balansında və icmal dövlət büdcəsində kəsir varsa və bu, xroniki xarakter daşıyırsa, orada çıxış yollarından biri devalvasiyadır:

“Ermənistanda alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Ermənistan istehlak iqtisadiyyatıdır. Yəni bu ölkənin iqtisadiyyatı kənardan daxil olan qrantlar, yardımlar, ianələr, pul baratları hesabına ayaqda qalır. Bu yardımlar azaldığı üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Buna görə də hələlik dramın devalvasiyası sürətlə getmir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər