3 Noyabr 2020 11:09
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Qarabağ uğrundakı haqq işinə bir sıra şirkətlərin qərəzli mövqeyi yerli istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Son olaraq, “Johnson&Johnson” şirkətinin paylaşımında qondarma respublikanın adını qeyd etməsi bir sıra ticarət obyektlərinin həmin şirkətin istehsal etdiyi məhsulların satışını dayandırmasına gətirib çıxarıb”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayarmov deyib.

O, istehlakçılarımızın, eləcə də ticarət şəbəkələrinin qərarlarına hörmətlə yanaşdığını qeyd edib: “Belə qərəzli paylaşımlar əslində erməni lobbisinin beynəlxalq arenada əksər istiqamətlər üzrə bizə qarşı informasiya mühairbəsi aparmasından xəbər verir. Hətta əksər Qərb ölkələrində Qarabağ savaşı ilə bağlı həqiqəti yazanlar da bu lobbinin təzyiqinə məruz qalırlar”.

Vüqar Bayarmov bildirib ki, Azərbaycan iqtisadiyyatı və istehlak bazarı düşmən ölkənin uyğun göstəriciləri ilə müqayisədə xeyli böyükdür: “Yəni, xarici şirkətlər, o cümlədən Qarabağla bağlı qərəzli paylaşım edənlər Azərbaycanda daha çox gəlir əldə edirlər. 2019-cu ildə ölkəmizə xaricdən 70 milyon dollara yaxın yuyucu vasitələr və 24 milyon dollardan çox sabun materialları gətirilib satılıb. Ermənistanda bu malların ümumi idxalı ötən il 8.2 milyon dollar olub. Deməli, belə məhsulların istehsalı ilə məşğul olan şirkətlər Azərbaycanda Ermənistan ilə müqayisədə 12 dəfə yaxın daha çox gəlir əldə ediblər.

Göründüyü kimi, bir sıra xarici ölkələrin qərəzli yanaşmaları onlar üçün heç də az itki ilə nəticələnməyə bilər. Ən önəmlisi isə elə qərəzli paylaşımlar bizim haqq işimizə heç də kölgə salmır və salmayacaq”.

Deputat bir daha təklif edib ki, bazarlıq edən zaman yerli və türk mallarına üstünlük verəriksə, o zaman xeyir bizə qarşı qərəzli mövqe tutanlara deyil, dost şirkətlərə qalar.

Qeyd edək ki, “Johnson&Johnson” dərman və sanitar-gigiyenik məhsulların istehsalı və satışı ilə məşğuldur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər