Səudiyyə Ərəbistanı suyun az olduğunu əsas gətirərək İraqdakı əkinçilik investisiyalarından imtina edib.
Teleqraf.com xəbər verir ki, bunu İraq Kənd Təsərrüfatı naziri Məhəmməd Kərim deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanı İraqın cənub və cənub-qərbindəki səhra bölgəsində əkinçilik və heyvandarlıq üçün hazırlanmış 1 milyon 700 min dönüm əraziyə investisiya qoyuluşundan imtina edib:
“Səudiyyəlilər səhra bölgələrinə investisiya yatırmaq niyyətində idilər, ancaq su çatışmazlığı üzündən imtina ediblər. Musənna vilayətində 400 min dönüm, Nəcəfdə 600 min dönüm və Ənbar vilayətində təxminən 700 min dönüm ərazi hazırlamışdıq. Səudiyyə Ərəbistanının heyvandarlıq təsərrüfatına 50 il üçün kifayət qədər su olması şərti ilə investisiya qoyacağı gözlənilirdi. Ancaq ərazidə 5 ilə yetəcək qədər su ehtiyatı var”.
Qeyd edək ki, son həftələrdə iki ölkə arasındakı sıx səfərlər nəticəsində müxtəlif müqavilələr imzalanmışdı.