18 Noyabr 2020 19:13
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan bu ilin yanvar –oktyabr ayları ərzində turizmdən 516 milyon ABŞ dolları gəlir əldə edib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 81 faiz və ya 5,3 dəfə azdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında məlumat verilib.

Bildirilir ki, təkcə oktyabr ayında Gürcüstanın turizmdən gəliri 15,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 94 faiz azdır.

Azalmaya əsasən, koronavirus pandemiyasının səbəb olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər