Bu ilin doqquz ayında əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq 2013-cü illə müqayisədə 46,4 faizdən 49,9 faizədək yüksəlib.
Dövlət Statistik Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 15,9 faiz artaraq 22,8 milyard manata çatıb. Əmtəə dövriyyəsi üzrə real artımın 407,10 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 50,1 faiz təşkil edib və ötən ilin yanvar-sentyabr aylarının səviyyəsini 3,2 faiz üstələyib.
Hər bir istehlakçı fərdi istehlak məqsədilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 91,2 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 90,9 manatlıq qeyri-ərzaq malları alıb. 2013-cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 14,2 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 2,5 manata bərabər olub.