15 Dekabr 2020 12:34
2 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev banklarla bağlı tənqidi fikirlər səsləndirib. Bank faizləri çox yüksək olduğu üçün banklarda 17 milyardlıq sərbəst vəsait qalıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O, buna səbəb kimi yüksək bank faizlərini göstərib: “Çünki heç kim bu yüksək faizlərlə kredit götürmək, iş görmək istəmir. Ona görə bu məsələdə ciddi korrektlər olmalıdır, bank faizləri aşağı salınmalı, investisiya qoyuluşlarına şərait yaradılmalıdır”.

Deputat həmçinin dünyanın populyar banklarının Azərbaycana gətirilməsinin vacibliyini ifadə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər