16 Dekabr 2020 01:31
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) enerji infrastrukturuna dair öncül hədəfləri sırasından neft və qaz kəmərləri ilə bağlı layihələr çıxarıla bilər.

Teleqraf.com xəbər verir ki, bu, Aİ-nin enerji infrastrukturuna dair qaydalarına Avropa Komissiyası (AK) tərəfindən təklif edilən dəyişiklikdə nəzərdə tutulur.

Belə ki, AK-nın Mətbuat xidməti tərəfindən açıqlanan sənədə görə, bundan belə Avropa enerji infrastrukturuna dair yeni layihələr 2050-ci ilədək regionda karbon qazı tullantılarını sıfırlamaq hədəfinə uyğun olmalıdır.

“Dəyişdirilmiş qaydalara görə, təbii qaz və neft nəqli infrastrukturu artıq Aİ üçün müştərək maraq kəsb edən layihələrə daxil edilə bilməz”, - sənəddə göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər