24 Dekabr 2020 19:39
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə Çinin iqtisadi vəziyyəti gözləniləndən daha sürətlə normallaşacaq.

Teleqraf.com xəbər verir ki, məlumat Dünya Bankının yayımladığı son hesabatda öz əksini tapıb.

Canlanma Çində tətbiq olunan epidemiyaya nəzarət strategiyasına, güclü siyasi dəstəyə və möhkəm ixracata bağlıdır.

Hesabatda Çinin ümumi daxili məhsulunun (ÜDM) bu il 2 faiz artacağı, 2021-ci ildə bu artımın 7,9 faizə yüksələcəyi bildirilib.

COVID-19 epidemiyası səbəbindən Çin hələ də xaricidən gələn qeyri-müəyyənliklərlə qarşı-qarşıyadır. Hesabatda Çinin iqtisadi dirçəlişinin hələ möhkəmlənmədiyi vurğulanıb.


Müəllif: Yeganə Oqtayqızı