22 Yanvar 2021 08:25
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyilə "Azərbaycanda bərpa olunan enerji hərraclarının dəstəklənməsi" layihəsi reallaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində qanunverici baza və qaydalar hazırlanır:

"Əgər qanun layihəsi və hərrac qaydaları yaxın zamanlarda qəbul edilərsə, bərpa olunan enerji üzrə ilk hərrac artıq bu il keçirilə bilər. Xarici investorların bu sahəyə böyük marağını nəzərə alsaq, deyə bilərik ki, bu, bərpa olunan enerji layihələrinə investisiyaların cəlb olunmasına kömək edə bilər".

O bilidirib ki, müxtəlif ölkələrdən beynəlxalq enerji şirkətləri Azərabycanda bərpa olunan enerji sahəsində layihələrə maraq göstərir:

"Bu ölkələr arasında Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, Səudiyyə Ərəbistamı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya kimi ölkələt yer alır. Bərpa olunan enerji mənbələrinin istehsalının tənzimlənməsi məqsədilə normativ sənəd qismində "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında" qanun layihəsi hazırlanıb. Hazırda bu sənəd baxılması üçün hökumətə təqdim olunub".


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər