11 Fevral 2021 18:26
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis-Holland neft və qaz şirkəti “Royal Dutch Shell”in azalan neft hasilatı ilə birlikdə 100 illik iş modeli də dəyişir. Şirkət neft hasilatının illik 1-2 faiz arasında düşəcəyini təxmin edir.

Teleqraf.com xəbər verir ki, “Shell” karbon emissiyalarının, neft hasilatının zirvəyə çatdığını və təmiz enerjiyə keçid planı çərçivəsində gələcəkdə neft hasilatının düşəcəyini bildirib.

Ənənəvi yanacaq istehsalında illik azalma 2030-cu ilə qədər 55 faiz olacaq.

“Shell” karbon emissiyalarının 2016-cı ilə nisbətən 2023-cü ildə 6-8 faiz azalacağını bəyan edib. Bu azalma 2030-cu ildə 20 faiz, 2035-ci ildə 45 faiz, 2050-ci ildə 100 faizə çatacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər