25 Fevral 2021 14:55
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ-da yaşamağa və işləməyə imkan verən yaşıl kartdakı məhdudiyyətləri ləğv edib.

Teleqraf.com-un məlumatına görə, Co Bayden yaşıl kartdakı məhdudiyyətlərin ölkənin mənafeyinə xidmət etmədiyini və iqtisadiyyata zərər verdiyini bildirib.

Qeyd edək ki, eks-prezident Donald Tramp yeni növ koronavirus (COVID-19) epidemiyasının səbəb olduğu işsizliyə istinad edərək, keçən il yaşıl kart tətbiqini və əcnəbi işçilərin ölkəyə girişini məhdudlaşdıran qərar vermişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər