25 Fevral 2021 13:31
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadan idxal edilən 20 tondan çox soğanın istehlak üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Həyata keçirilən nəzarət tədbirləri zamanı "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20.58 ton soğan məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb.

Agentlik yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib.


Müəllif: Yeganə Oqtayqızı