COVID-19 epidemiyasına qarşı görülən karantin tədbirləri səbəbindən ABŞ iqtisadiyyatı 2020-ci ili 3.5 faiz daralma ilə başa vurub.
Teleqraf.com xəbər verir ki, bu, ABŞ Ticarət Nazirliyinin 2020-ci ilin dördüncü rübündə ümumi daxili məhsul (ÜDM) məlumatlarına dair hesabatında öz əksini tapıb.
Məlumata görə, ABŞ-da ÜDM ilin dördüncü rübündə illik bazda 4,1 faiz, əvvəlki rübə görə 2 faiz artıb.
Daralma ABŞ iqtisadiyyatında 1946-cı ildən bəri ən pis göstəricisi kimi qeydə alınıb.
Ölkədəki fərdi xərclər əvvəlki rübə görə 1,4 faiz artaraq gözləntilərə cavab verib.
Qeyd edək ki, ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 5 faiz, ikinci rübdə 31,4 faiz nisbətində daralıb, üçüncü rübdə isə 33,4 faiz böyüyüb.