Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) ixrac icmalında məlumat verilib.
Bildirilir ki, 2021-ci ilin yanvar ayında dünyanın 105 ölkəsindən Azərbaycana 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
2021-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76,6 faiz azdır.