13 Aprel 2021 14:07
3 705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Türkiyəyə uçuşların müvəqqəti təxirə salınması qərarı təxminən 32 milyard rubl (414 milyon dollar) turpaketə təsir edib.

Teleqraf.com "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Rusyianın aprelin 15-dən iyunun 1-dək olan dövrlə bağlı qərarı 533 min rus vətəndaşın rezervasiyasını əhatə edib.

Məlumatda turizm şirkətlərinin ruslara alternativ istiqamətlər təklif edəcəyi, ancaq bunun asan olmayacağı vurğulanıb.

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib ki, rus səlahiyyətliləri Türkiyədəki koronavirusla bağlı vəziyyəti izləyəcəklər: “Buna görə çarter və bəzi planlı uçuşlar dayandırılacaq. İstanbul-Moskva arasında həftədə iki dəfə uçuşlar davam edəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər