20 May 2021 18:12
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Teleqraf.com AMB-a istinadən xəbər verir ki, hərracda tələb 58,95 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Mayın 18-də keçirilən hərracda tələb 44,3 milyon ABŞ dolları olub. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 33,1 faiz artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər