Maliyyə Nazirliyi Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq və regional maliyyə-kredit təşkilatlarında müxtəlif vəzifələrin tutulması üçün müsahibə elan edir.
Bu barədə Teleqraf.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə iştirak etmək üçün tələblər sırasında namizədlərin yaşının 27 –dən 35 -dək Azərbaycan Respublikasının vətəndaşı olmaları daxildir. Bundan başqa, namizədlər Azərbaycanın və ya xarici ölkələrin ali təhsil müəsssisələrində iqtisadi sahədə - maliyyə və kredit, mühasibat uçotu, maliyyə menecmenti, hüquq, audit, statistika ixtisası üzrə diploma (bakalavr və ya magistr) malik olmalı, mütləq qaydada ingilis dilini, eləcə də əlavə digər bir xarici dili (şifahi və yazılı) sərbəst bilməli, ixtisas sahəsi üzrə minimum 5 illik iş stajına malik olmalıdır.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərə gəlincə, tərcümeyi-hal, ali təhsil haqqında diplomun (bakalavr və ya magistr) notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkələrin ali məktəblərində təhsil almış şəxslər üçün həmin diplomun Azərbaycan Respublikasının Təhsil Nazirliyində nostrifikasiya (tanınması) olunması barədə arayış, 2 ədəd rəngli fotoşəkil (3 x 4sm ölçüdə).
Sənədlər 25 noyabr 2014-cü il tarixinədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatının Kadrlar şöbəsinə təqdim olunmalıdır.
Naibə QURBANOVA