“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana çoxdan gözlənilən səfəri baş tutub. Ərdoğan hazırda Bakıdadır, o bu gün Füzuliyə, oradan da Şuşaya səfər edəcək. Şuşada Türkiyə və Azərbaycan arasında ikitərəfli və çoxmiqyaslı sazişin imzalanması və bir sıra vacib bəyanatların verilməsi gözlənilir. Aramızda həlli vacib olan gömrük, ticarət, daşımalarla bağlı problemlərin də çözülməsi bu səfərdən asılıdır”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
O qeyd edib ki, Ərdoğanın hazırkı səfəri işğaldan azad olunmuş Azərbaycan ərazilərində olan ilk xarici ölkə prezidenti kimi çox əhəmiyyətli və təqdirəlayiqdir: “Bu səfər çərçivəsində Ərdoğanın Bakıda Türkiyə milli komandasının Uelslə oyununu izləməsi də ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən futbol diplomatiyası kimi yüksək qiymətləndirilə bilər. Türkiyə komandasının qalib gəlməsi bu prosesə əlavə güc və enerji verə bilər. Türkiyəyə uğurlar!”