8 İyul 2021 17:23
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Tesla” şirkəti özünün yeni “Model Y” elektromobilinin 20% ucuz versiyasını təqdim edib.

Teleqraf.com xəbər verir ki, “Tesla” bu addımı pisləşən istehlakçı alqısını dəyişdirmək məqsədi ilə edib.

“Tesla”nın saytında yeni “Model Y” Standard Range versiyasının 276 min yuandan (42 min 600 dollar) başlayan qiymətlərlə satışa çıxacağı açıqlanıb. Sifarişlər cümə axşamından etibarən alınacaq.

Açıqlanan rəqəm orijinal “Long Range”dən təxminən 20% aşağıdır.

Şirkət Çinin dünyada yeni enerji bazarında öncül olduğunu və ABŞ xaricində yerli məhsullar istehsal etdiyi yeganə bazar olduğunu açıqlayıb: “Çinə sərmayə qoymaq və dünyanın davamlı enerjiyə keçidini sürətləndirmək missiyamızı davam etdirəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı