“Tesla” və “SpaceX” kampaniyalarına rəhbərlik edən amerikalı sahibkar İlon Mask “Tesla”nın rəhbəri olmağa çox nifrət etdiyini deyib.
Teleqraf.com xəbər verir ki, iş adamı şirkətin direktorlar şurasının üzvlərinə günəş batareyası şirkətini satın almaq üçün təzyiq etməkdə günahlandırılır.
İlon Mask məhkəmənin ilk iclasında çıxış edib: "Tesla"nın rəhbəri olmaqdan çox nifrət edirəm. Vaxtımı dizayn və mühəndislik işinə sərf etmək istərdim”.
“Tesla” səhmdarları pulları tükənmək üzrə olan “SolarCity” günəş firmasının alınması ilə şirkətin qaynaqlarının boşa getdiyini iddia edirlər.
Razılaşma zamanı Mask həm “Tesla”nın, həm də əmisi uşaqları tərəfindən qurulan günəş batareyaları şirkətinin 22%-nə sahib olub. Mask sözügedən səhmlərdən qazanc əldə etmədiyini vurğulayıb.