22 İyul 2021 15:18
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqtisadiyyatın 2021-ci ildə 6 faiz, 2022-ci ildə isə 4,4 faiz böyüyəcəyi proqnozlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva açıqlayıb.

BVF prezidenti bu il əlamətdar canlanma gözlədiklərini söyləyib: “Dünya iqtisadiyyatı üçün aprel ayında nəzərdə tutulan 6 faizlik böyümə gözləntisi iyul ayında 6 faiz olub. Ancaq aprel-iyul ayları arasında bu 6 faizin tərkibi dəyişib. Hazırda bəzi ölkələrin daha sürətli, bəzilərinin də daha yavaş böyüməsi təxmin edilir".

Georgieva vaksinasiyanın iqtisadi bir siyasət olduğuna inandıqlarını bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər