1 Sentyabr 2021 23:55
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti texnologiya və korporativ sahələrdə 55 min nəfəri işə götürməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu “Amazon”un baş direktoru Andy Jassy ​açıqlayıb.

O, ​​pərakəndə satış, reklam və digər iş sahələrində tələbatı ödəmək üçün daha çox işçi qüvvəsinə ehtiyac olduğunu deyib: “55 min işçinin 40 mindən çoxu ABŞ-da, qalanları isə Hindistan, Almaniya və Yaponiya kimi ölkələrdə olacaq. Yeni işçilərlə birlikdə “Amazon” texnologiyası və korporativ komandasında 20% artım olacaq”.

Şirkət gələn ildən etibarən işçilərinə həftədə cəmi 3 gün ofisdə işləmək imkanı verəcəyini də açıqlayıb.

Qeyd edək ki, şirkət 2020-ci ildə ABŞ-da anbar və çatdırılma kimi işlərdə çalışmaq üçün 500 mindən çox insanı işə götürüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər