1 Sentyabr 2021 21:44
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC+” Nazirlər Monitorinq Komitəsi neft hasilatının artırılması planına riayət etməyi tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi təşkilatın nümayəndələrinə istinadən məlumat yayıb.

““OPEC+” Nazirlər Monitorinq Komitəsi hasilatı artırmaq planına riayət etməyi tövsiyə edib”, - deyə agentliyin xəbərində bildirilib.

“OPEC+” Monitorinq Komitəsinin bu gün bir saatdan az davam edən iclası başa çatıb. Nazirlər “OPEC+” ölkələrinə neft hasilatını sutkada 0,4 mln. barel artırmaq üçün iyul ayında qəbul edilmiş plana riayət etməyi tövsiyə ediblər. İyul qərarına görə, “OPEC+” ölkələri 2022-ci ilin sentyabrına qədər avqust ayından bu yana neft hasilatını ayda 0,4 mln. barel artırır. Bu, 2020-ci ilin may ayından etibarən azaldılmış neftin həcmini bazara qaytarmağa imkan verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər