ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin 22 sentyabr üzrə iclası uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Faizin böyük ehtimalla il ərzində dəyişməyəcəyi vurğulanır.
FED 2021-ci il üçün ölkənin ÜDM artım proqnozunu 7%-dən 5,9%-ə endirib və 2022-ci il üçün 3,3%-dən 3,8%-ə qaldırıb. Bu il üçün inflyasiya proqnozu 3,4%-dən 4,2%-ə, gələn il üçün 2,1%-dən 2,2%-ə artırılıb.