Dünya liderlərinin Qlazqoda keçirilən COP26 Sammitində qlobal istiləşməyə qarşı görüləcək tədbirləri müzakirə etdiyi vaxt elm adamları buzla örtülü olan Qrenlandiya ilə bağlı həyəcanverici açıqlamalar veriblər.
Teleqraf.com xəbər verir ki, bölgədəki temperaturların qlobal ortalamanın iki qatına çıxdığını bildirən mütəxəssislər Qrenlandiyada 20 dərəcəyə qədər istilərin yaşandığını bildiriblər.
Bundan əlavə, dünyanın ikinci ən böyük buz kütləsinin son 10 ildə 3.5 trilyon ton buz itirdiyi deyilib. Tədqiqatçılar xəbərdarlıq ediblər ki, rekord ərimə səviyyəsi davam edərsə, əsrin sonuna qədər dəniz səviyyəsinin 20 dəfəyə qədər yüksəlməsi baş verəcək və bunun ardınca fəlakətlər başlayacaq.
İngiltərədəki Lids Universitetinin yeni araşdırmasına görə, son 10 ildə Qrenlandiya 3.5 trilyon tondan çox buz təbəqəsini itirib. Ərimənin dünya miqyasında qlobal dəniz səviyyəsini bir santimetr artırdığı müəyyən olunub. Artımın üçdə biri 2012-2019-cu illərin yay aylarında hökm sürən ekstremal hava şəraiti səbəbindən son 40 ildə ərimənin rekord səviyyəyə çatmasına səbəb olduğu zaman baş verib.
Bununla belə, “Nature” jurnalında dərc edilən araşdırmaya görə, yeni çəkilmiş peyk şəkilləri ərimənin fəsillərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir. Bununla belə, elm adamları Qrenlandiyanın buz təbəqəsinin əriməsinin son on ildə qlobal dəniz səviyyəsinin yüksəlməsinin təxminən 25 faizinə səbəb olduğu deyilib.
Tədqiqatçıların fikrincə, Qrenlandiyanın bütün buzları ərisə, qlobal dəniz səviyyəsi daha 6 metr yüksələcək. Bildirilib ki, qlobal istiləşmə artdıqca Qrenlandiyada normadan artıq ərimə hadisələri daha tez-tez baş verəcək.
Böyük Britaniyanın Lançester Universitetinin elm adamı Amber Lison bildirib ki, Qrenlandiyanın buz təbəqəsinin əriməsi 2100-cü ilə qədər qlobal dəniz səviyyəsinin 3-23 dəfə yüksəlməsinə səbəb olacaq: “Bu, dünyada fəlakətlərə və dağıntılara səbəb olacaq”.
Bütün bunlarla yanaşı, Qrenlandiyada aparılan peyk müşahidəsi göstərir ki, iyulun 27-də buz təbəqələri 8.5 milyard ton səth kütləsini itirib. Danimarka Meteorologiya İnstitutunun məlumatına görə, bu normadan artıq ərimə Qrenlandiyanın şimalında orta temperaturu iki dəfə artırıb.
Qrenlandiya buz təbəqəsi Antarktidadan sonra Yer kürəsində ikinci ən böyük şirin su buz kütləsi olma xüsusiyyətinə malikdir. Buz təbəqələrinin əriməsi 1990-cı ildə başlayıb, 2000-ci ildən bu yana sürətlənib. Alimlər xəbərdarlıq ediblər ki, son illərdə kütləvi itkilər 2000-ci ildən əvvəlki illərlə müqayisədə dörd dəfə çoxdur.