Cimmi Uels (Jimmy Wales) qurucusu olduğu “Wikipedia”nın ilk girişini - “NFT” olaraq satışa çıxarıb.
Teleqraf.com xəbər verir ki, pulsuz ensiklopediyanın yayımlanan ilk görüntüsünə əsaslanan “NFT” dekabrın 15-dək “Christie's” hərrac evində satılacaq.
Bundan əlavə, “Wikipedia”nın istifadəyə verilməsində vasitə olan çiyələk rəngli “iMac” da hərraca çıxarılıb. Əldə edilən gəlir xeyriyyə təşkilatlarına və Cimmi Uelsin 2019-cu ildə istifadəyə verilmiş ianə ilə dəstəklənən “WT.Social” sosial şəbəkəsinə gedəcək.
Uelsin bildirib ki, “NFT” 2001-ci ilin yanvarında yayımlanan Vikipediyanın çox erkən versiyasının açarıdır: “Görünənlər proqram təminatını quraşdırdığım anda Vikipediyanın necə göründüyünü göstərir. Bir səhifəlik veb-səhifə açıq şəkildə dərc olunacaq və Vikipediyanın özü kimi hər kəs ona baxa və redaktə edə biləcək. Ancaq bütün dəyişikliklər beş dəqiqədən sonra orijinal vəziyyətinə qayıdacaq. Beləliklə, "Salam dünya" deyən ilk səhifə...
Əlbəttə, alıcı redaktələrin geri qaytarılması şərtlərini dəyişdirə və həqiqətən istəsə, redaktəni tamamilə bağlaya bilər. Üstəlik, səhifəni bağlaya da bilər”.