23 Dekabr 2021 12:50
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyədəki valyuta aktivliyinin nümunəsi son 30 ildə dünyada görülməyib”.

Teleqraf.com xəbər verir ki, bunu dünyanın bir çox ölkəsində baş verən iqtisadi prosesləri izləyən və şərh edən məşhur iqtisadçı Timoti Eş deyib.

Türk lirəsindəki dinamizm iqtisadçının diqqətindən yayınmayıb. O, “Tvitter” hesabında bir qrafik paylaşıb və Ərdoğanın açıqlamasından sonra dolların ucuzlaşdığını vurğulayıb: "30 ildir iqtisadçıyam. Heç bir valyutanın məzənnəsində belə bir dəyişkənliyi, gərginliyi görməmişəm. İnanılmazdır".

Qeyd edək ki, dekabrın 22-də axşam saatlarına qədər rekord qıran dollar Türkiyə Nazirlər Kabinetinin iclasında prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarından sonra 1 dollar 18,34 lirədən 12 lirəyə düşüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər