28 Dekabr 2021 15:21
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonu, Yuxarı Noxudlu kənd sakini, Qarabağ müharibəsi iştirakçısı Maxlit Əliyev ona məxsus fərdi yaşayış evinin qarşısından keçən qaz xətti üzərində yerüstü keçidin quraşdırılması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib.

İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, Salyan Regional Qaz İstismarı İdarəsinin Salyan xidmət sahəsi tərəfindən Vətən müharibəsi iştirakçısının müraciətinin həllini istiqamətində işlərə başlanılıb.

Qısa müddət ərzində diametri 76 mm olan qaz xətti üzərinə yerüstü keçid quraşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər