4 Yanvar 2022 22:59
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tesla” şirkəti ötən il 936 min 172 ədəd elektrik avtomobili satıb.

Teleqraf.com xəbər verir ki, bu da 2020-ci illə müqayisədə 87 faiz çoxdur.

Ekspertlərin fikrincə, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Təkcə ötən ilin son rübündə müştərilərə 308 min 600 elektromobil təhvil verilib ki, bu da ümumi illik satışların 33 faizini təşkil edib.

Qeyd edək ki, “Tesla” və “SpaceX” kompaniyalarının qurucusu İlon Maskın varidatı 300 milyard dolları keçib. “Forbes” jurnalının “The World`s Real-Time Billionaires” reytinqinə əsasən İlon Maskın varidatı 22,6 milyard dollar (7,72 faiz) artıb və hazırda 315,2 milyard dollar həcmində qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər