1 Mart 2022 17:10
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın enerji şirkəti “TotalEnergies” Rusiyada yeni layihələrə kapital köçürməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “TotalEnergies” Rusiyanın Ukraynaya qarşı hərbi hücumunu pisləyib və Ukrayna xalqının yanında olduğunu açıqlayıb.

Şirkətdən verilən açıqlamada qeyd edilib ki, Ukrayna hakimiyyətini yanacaqla təmin edəcək, həmçinin Ukraynadan Avropaya gedən miqrantlara kömək edəcək: “TotalEnergies” Avropanın tətbiq etdiyi sanksiyaların miqyasını və gücünü dəstəkləyir və şirkətin Rusiyadakı fəaliyyətlərinin nəticəsindən asılı olmayaraq sanksiyalar tətbiq edəcək. Hazırda bu nəticələr qiymətləndirilir. "TotalEnergies" bundan sonra Rusiyada yeni layihələrə kapital xərcləməyəcək”.

Qeyd edək ki, “TotalEnergies” Rusiyanın “Novatek” şirkətində 19,4 faiz, “Yamal LNG” obyektində 20 faiz və ölkədəki müxtəlif müəssisələrdə paya sahibdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər