24 Noyabr 2014 08:19
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt” Yüksəkgərginlikli Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan yarımstansiyalarda təmir-bərpa işlər yerinə yetirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, cari ilin son 3 ayında müəssisənin 110 kilovoltluq (kV) “Xəzri” yarımstansiyasında ikinci transformator quraşdırılib. “Ceyranbatan”, “Əliağa Vahid”, “Masazır” və s. yarımstansiyaların transformatorları isə yenisi əvəzlənib.

Analoji təmir işləri 110 kV-lik “Sumqayıt-2”, “Kimyaçılar” və digər yarımstansiyalarda da həyata keçirilib. Yüksək gərginlikli elektrik verilişi xətləri üzrə də müvafiq bərpa işləri görülüb.Qeyd edilənlər yarımstansiyaların gücünün artırılması və təhlükəsizliyinin təmini ilə yanaşı, elektrik enerjisi verilişinin dayanıqlılığını daha da möhkəmləndirib.


Müəllif:

Oxşar xəbərlər